Tarix : 2013 Oct 13
Kod 40490

Minlərlə azərbaycanlı prezident seçkilərinin nəticəsinin ləğv edilməsini istədi

Azərbaycan Respublikasında minlərlə nəfər Bakıda mitinqdə iştirak edərək, prezident seçkisinin nəticəsinin ləğv edilməsini istədi

Azərbaycan Respublikasında minlərlə nəfər Bakıda mitinqdə iştirak edərək, prezident seçkisinin nəticəsinin ləğv edilməsini istədi.

İRİB-nin razılaşdırılmış formada və Demokratik Qüvvələrin Milli Şuranın təşəbbüsü ilə keçirilən bu aksiya Bakıda, idman stadionlarının birində baş tutub. Mitinqdə istefa, azadlıq, azad seçkilər və saxtakarlıq bəsdir kimi şüarlar səsləndirilib.

Aksiya iştirakçıları seçkilərdə saxtakarlığa yol verildiyini deyərək, bəzi beynəlxalq təşkilatların seçkilərlə bağlı müsbət hesabat yaymalarını qınayıblar.

Milli Şuranın vahid namizədi Cəmil Həsənli bu mitinqdə çıxış edərək, seçkilərin nəticəsinin ləğv edilməsinə nail olacağı zamana kimi qanuni yollarla mübarizəni davam etdirəcəyini bildirib.

Bu mitinq sakit atmosferdə keçib. Polis və mitinq iştirakçıları arasında heç bir toqquşma baş verməyib.

Azərbaycan Respublikasında prezident seçkiləri oktyabrın 9-da keçirilib.

Mərkəzi Seçki Komissiyasının bildirdiyinə görə, seçkilərin ilkin nəticəsinə əsasən İlham Əliyev səslərin təqribən 85%-in toplayaraq, 3-cü dəfə olaraq prezident seçilib.

 

 


  • Yazılıb
  • da (də) 2013 Oct 13