Tarix : 2013 Oct 14
Kod 40498

Aslan İsmayılov Zakir Qaralovdan kömək istədi

Məhbus “Nida”çı Zaur Qurbanlının müdafiəçisi, hüquqşünas Aslan İsmayılov oktyabrın 14-də baş prokuror Zakir Qaralova müraciət edib

Arannews-Aslan İsmayılov Zakir Qaralovdan kömək istədi.Məhbus “Nida”çı Zaur Qurbanlının müdafiəçisi, hüquqşünas Aslan İsmayılov oktyabrın 14-də baş prokuror Zakir Qaralova müraciət edib. Aslan İsmayılov yazır :

- Cənab baş prokuror, Cinayət Məcəlləsinin 228.3-cü maddəsi ilə təqsirləndirilən Qurbanlı Zaur Araz oğlu 7 aydır ki, həbsdə saxlanılsa da, ona qarşı irəli sürülmüş ittiham heç bir mötəbər sübutla öz təsdiqini tapmayıb .

Təxminən 10 gün bundan əvvəl Bakı İstintaq Təcridxanasında iş icraatında olan müstəntiq İbrahim Ləmbəranskini təsadüfən gördükdə mənə məlum olub ki, istintaq yekunlaşıb. Cinayət işinin materialları ilə tanış olmaq istədiyimi bildirdikdə müstəntiq həmin sənədlərin 18 cilddən ibarət olduğunu, işin məhkəməyə göndərilməsi üçün artıq bütün sənədlərin və imzaların hazır olduğunu qeyd edib və işi yubatmamağı məndən xahiş edib .

Zaur Qurbanlı özü də dəfələrlə müstəntiqə bildirib ki, həmin materiallarla özü və mən tanış olduqdan sonra ətraflı vəsatət veriləcək. Bütün bunları nəzərə alıb müstəntiqə iki təklifim olub: hər gün mənə tanışlıq üçün vaxt ayrılsın və ya materialların kserosurəti mənə təqdim edilsin. Məhz bundan sonra tanış olduğuma dair imza atacağımı bildirmişəm .

Ötən həftənin 1-5 günləri müstəntiq və əməliyyatçılar dəfələrlə Zaur Qurbanlı ilə görüşüb, ona müxtəlif üsullarla təzyiq ediblər ki, məndən imtina etsin. Lakin Zaur Qurbanlı məndən imtina etməyib və materiallarla hərtərəfli tanış olduqdan sonra vəsatət vermək hüququndan istifadə edəcəyini vurğulayıb  .

Bütün bu müddət ərzində mən dəfələrlə müstəntiq İbrahim Ləmbəranski ilə telefon əlaqəsini yaratmaq istəsəm də, sonuncu mənim zənglərimə cavab verməyib. Ötən həftənin altıncı günü isə Zaur Qurbanlı ilə görüşdükdə, daha sonra isə mətbuatdan mənə məlum olub ki, artıq cinayət işi əsassız və qanunsuz olaraq məhkəməyə təqdim edilib (8 gəncin işi məhkəməyə göndərilib (

Zaur Qurbanlının digər müdafiəçisi Xalid Bağırovla əlaqə saxladıqda isə sonuncu mənə bildirib ki, müstəntiq ona guya mən iş materialları ilə tanış olmaqdan imtina etdiyimi deyib .

 Cənab baş prokuror, Sizdən xahiş edirəm ki, müdafiəçisi olduğum Zaur Qurbanlının pozulmuş hüquqlarının bərpa edilməsi və cinayət işinin materialları ilə tanış olmağımız, müvafiq vəsatət təqdim etməyimiz üçün təxirəsalınmaz tədbirlərin görülməsinə dair göstəriş

  • Yazılıb
  • da (də) 2013 Oct 14