Tarix : 2013 Oct 15
Kod 40502

Hacı Tale Bağırovun muhakiməsi ، iclasda iştirak imkanı olan dindarların Allahu Əkbər sədaları ilə başlanılıb

Məhkəmə iclasında jurnalistlərin iştirak etməsinə mane törədilib

Məhkəmə iclasında  jurnalistlərin iştirak etməsinə mane törədilib.

Məhkəmə iclasında baş verənlər barədə İslamazeri saytına vəkil Cavad Cavadov  deyib ki, “Tale Bağırovun cinayət işi üzrə bu gün Sabunçu rayon Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə məhkəmə hazırlıq iclası keçirilib.  Müdafiə tərəfi olaraq birinci vəsatətimiz Tale Bağırovun həbs müddətinin 30 sentyabrda bitməsi və bununla bağlı həbsdə saxlanılmasının qanunsuz olması ilə bağlı oldu. Vəsadət Avropa Məhkəməsinin presedet hüququna istinad edilib. Məhkəmə vəsatəti təmin etmədi, biz belə qərar qəbul edəcəyini bilirdik və ikinci vəsatət "mövcud olmayan həbsin ev dustaqlığı ilə əvəz edilməsinə dair" oldu. Bu vəsatət də təmin edilmədi. Digər vəsatət tutulma zamanı müdafiə hüququnun pozulması və sübutların qanun pozuntusu ilə əldə edildiyində sübutlar siyasınıdan xaric edilməsi, iş üzrə icraata xitam verilməsi ilə bağlı oldu. Məhkəmə vəsatətləri təmin etmədi və işi 28 oktyabr saat 11-00 təyin etdi. Məhkəmənin qarşısında böyük izdiham yaşandı, prosesi izləmək istəyənlər üçün məhkəmə zalının tutumu imkan vermədi.”

 

  • Yazılıb
  • da (də) 2013 Oct 15