Tarix : 2013 Oct 15
Kod 40505

Bakıda etirazçıların polis zorakılığına uğraması dünya mediasında geniş formada işıqlandırılıb

Bakıda prezident seçkisinin nəticəsinə etiraz olaraq təşkil edilən mitinqin iştirakçılarının polis zorakılığına məruz qalaraq, döyülmələri dünyanın tanınmış mediaları tərəfindən geniş formada işıqlandırılıb

Bakıda prezident seçkisinin nəticəsinə etiraz olaraq təşkil edilən mitinqin iştirakçılarının polis zorakılığına məruz qalaraq, döyülmələri dünyanın tanınmış mediaları tərəfindən geniş formada işıqlandırılıb.

Bir çox telekanallar Bakıda etirazçılar ilə polis arasında baş vermiş toqquşma ilə bağlı təsvirlər yayımlayıb və bildiriblər ki, Azərbaycan polisi prezident seçkilərinin qalmaqallı nəticələrinə etirazların genişlənməsi ilə paytaxt küçələrində etirazçılara qarşı həddindən artıq güc tətbiq edib, onları döyüb və həbs ediblər.

Röyters Xəbər Agentliyi isə bildirir ki, Azərbaycan Respublikasında prezident seçkilərin nəticələrinə etiraz edən minlərlə müxalif Bakıda küçələrə axışaraq, üçüncü dəfə olaraq seçkilərin nəticəsinə etiraz edib. Prezident seçkilərinin nəticələri beynəlxalq müşahidəçilər və tənqidçilər tərəfindən də qəbul edilməyib və onlar seçkilərin ədalətli olmadığını bildiriblər.

İnterfaks xəbər agentliyi də bildirir ki, etiraz aksiyası zamanı 10-dan çox adam həbs edilib.

Euronyus telekanalı da 12 oktyabrda Bakıda keçirilən etiraz aksiyasında iştirak edənlərin polis tərəfindən döyülmələrini əks etdirən təsvirlər yayımlayıb.

Müxtəlif mənbələrə istinadla bildirilir ki, bu etiraz aksiyasında iştirak edənlər polisin müdaxiləsini və saxta yollarla səs qutularına İlham Əliyevin xeyrinə səslərin atılmasını qınayıblar.

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı ATƏT-in beynəlxalq müşahidəçiləri də bildiriblər ki, prezident seçkiləri, namizədlərə çox məhdud təbliğat şəraitinin yaradılması, namizədlərin mediaya çıxışlarının məhdudlaşdırılması habelə, xalq və namizədlər arasında qorxu və dəhşət hissinin yaradılması ilə yanaşı olub.

Beynəlxalq müşahidəçilər həmçinin, bildiriblər ki, seçki bülletenlərinin prezidentin xeyrinə doldurulması ilə bağlı danılmaz faktlar mövcuddur.

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası isə seçkilərlə bağlı hansısa qanun pozuntusu barədə heç bir məlumat daxil olmayıb və beynəlxalq müşahidəçilərin açıqlamaları qərəzli, siyasi və formal xarakter daşıyır.

 


  • Yazılıb
  • da (də) 2013 Oct 15