Tarix : 2013 Oct 15
Kod 40508

Çövqan oyununu YUNESKO-ya göndərdiyi üçün İran, Azərbaycana etiraz edib

İran Azərbaycan respublikası tərəfindən Çovqan oyununun bu ölkənin mənəvi irsi kimi YUNESKO-ya təqdim edilməsinə etiraz edir

İran İslam Respublikasının Mədəni İrs, Əl İişləri və Turizm təşkilatı sədrinin mədəni irs məsələləri üzrə müavini deyib: İran Azərbaycan respublikası tərəfindən Çovqan oyununun bu ölkənin mənəvi irsi kimi YUNESKO-ya təqdim edilməsinə etiraz edir.

Mehdi Höccət deyib ki, İran mənşəli olan Çovqan oyununun müsadirə edilməsinin qarşısını almaq üçün lazımı təşəbbüslər həyata keçirilməkdədir və mədəni irs təşkilatı bu sahədə bütün səylərini edəcəkdir.

Ötən il də Azərbaycan respublikası İranın musiqi alətlərindən olan Tarı YUNESKO-da öz adına qeydə aldırdı, amma İran buna etiraz etmədi.


  • Yazılıb
  • da (də) 2013 Oct 15