Tarix : 2013 Oct 15
Kod 40510

Tehranda keçirilən "Gülüstan müqaviləsi; 200 il ibrət və 50 il mübarizə" adlı iclas keçirilib

Dərs alınması lazım gələn ibrətlərdən biri budur ki, o zaman İran başçıları özlərinə inanmaq və özlərinə arxalanmaq yerinə, o zamankı dünya qüdrətlərinə göz tikmişdilər

Beynəlxalq Səhər Kanalının müxbiri ilə müsahibədə bəzi iclas iştirakçıları tarixin təhrif edilməsi fenomenini İran və Azərbaycan Respublikası arasındakı dostluq münasibətlərinə xələl gətirən ən önəmli amillərdən adlandırıblar.

İran universitetlərinin müəllimi olan Dövlətyar Arazın şimal ərazilərinin rüsvayçı Gülüstan müqaviləsi nəticəsində İrandan ayrılması kimi acı hadisələrdən ibrət almaq lazım gəldiyini deyərə, vurğulayıb: Dərs alınması lazım gələn ibrətlərdən biri budur ki, o zaman İran başçıları özlərinə inanmaq və özlərinə arxalanmaq yerinə, o zamankı dünya qüdrətlərinə göz tikmişdilər. Amma, təəssüflər olsun ki, o qüdrətlərin hamısı İrana xəyanət etdilər. Və İranın köməyə ehtiyaclı olduğu zamanda İrana kömək etməkdən çəkinirdilər. Bu böyük bir dərsdir.

Dövlətyar əlavə edib: Bizim ölkəmiz tarix boyu elə bir dövlət olub ki, vahid bir diyarda müxtəlif etnoslardan təşkil olub. Və  milli kimlik ətrafında birliyə malik olub. İftixarlı milli kimlik düşmənlərin bu diyara tamah salmamalarına səbəb olurdu. Etnik hissləri təhrik etməklə ölkənin ərazi bütövlüyünə qarşı təhdid yarada bilmirdilər. Bu gün də bu məsələnin müxtəlif nümunələrinə məntəqədə rast gəlmək mümkündür.

Dövlətyar Azərbaycan Respublikasında tarixin təhrif edilməsi barədə də dedi: Tarixi təhrif etmək fenomeni ya tarixi həqiqətlərlə bağlı cahillikdən qaynaqlanır, ya da ki, siyasi bir göstəriş əsasında tarix təhrif edilir. Əgər tarixi həqiqətlərdən xəbərsizlik üzündən olarsa bu təhrif, tarixi həqiqətləri bəyan etmək və tarixi faktlar təqdim etməklə bu məsələni aradan qaldırmaq olar. Amma, əgər tarixin təhrif edilməsi siyasi bir göstəriş əsasında olarsa və bilərəkdən bu iş görülərsə, bunu asanlıqla aradan qaldırmaq mümkün deyil. Amma, təcrübələr sübut edir ki, siyasi məqsədlə tarixi təhrif etmək istəyənlər öz istəklərinə nail ola bilmirlər.

Hüseyni də deyib: İran tarixi o qədər ilkin və zəngin mənbələrə malikdir ki, onların hamısı İran və Azərbaycan Respublikası xalqlarının dostluğu və bağlılığına təkid edir. Əgər iranlı tədqiqatçılar bu sənədləri araşdırarlarsa, mütləq Azərbaycan Respublikası tədqiqatçıları daxil olmaqla digər tədqiqatçılar tərəfindən rəğbətlə qarşılanacaq.

Hermidas Bavənd də deyib: Hamısı İran sivilizasiyası dairəsində yerləşən Qafqaz və Mərkəzi Asiya ölkələrinin istiqlaliyyəti ilə nəticələnmiş SSRİ-nin dağılmasından sonra iranlılarda belə bir ümid yarandı ki, bu ölkələrlə səmərəli əlaqələr qura bilərlər. Lakin bu ölkələr, xüsusən neft mənbələrinə malik olan hövzələr qərb qüdrətləri və digər qüdrətlər, Rusiya və Türkiyənin tamahlarına tuş gəldilər. İran ilə Türkiyənin ECO-nun üzvləri olmalarına baxmayaraq, Türkiyə İranın regiondakı nüfuzunu aradan götürməyə çalışdı və iqtisadi baxımdan maraqlar əldə edə bildi. Lakin diqqətəlayiq nailiyyətlər əldə etmədi, ancaq rusların öz nüfuzlarını bərpa etmək üzrə səylərinə şərait yaratdı.

Bavənd Azərbaycan Respublikasında millətçi qaragüruhların fəaliyyətləri barədə də belə deyib: Bu ölkədə bir sıra qrup və partiya mövcuddur və elə təmayüllər irəli sürürlər ki, onların nə tarixi reallığı var, nə də ki, bugünkü tələblər və bəşəriyyət cəmiyyətləri arasındakı əlaqələrlə uyuşur. Bu təmayüllərin səmərəli anlaşmalara xələl gətirməkdən savayı, başqa bir nəticəsi və təsiri yoxdur .

 


  • Yazılıb
  • da (də) 2013 Oct 15