Tarix : 2013 Oct 17
Kod 40515

Azərbaycanda Gənc fəallar həbs olundu

Milli Şuranın 12 oktyabr mitinqində fəal iştirak etmiş və mitinqdən sonra polis zorakılığı ilə qarşılaşmış gənclərin bir qismi Yasamal rayon polis idarəsinə çağırılıb

Milli Şuranın 12 oktyabr mitinqində fəal iştirak etmiş və mitinqdən sonra polis zorakılığı ilə qarşılaşmış gənclərin bir qismi Yasamal rayon polis idarəsinə çağırılıb.

İRİB-nin Faktxeber portalına istinadən verdiyi məlumata əsasən, 2 saat polis bölməsində saxlanıldıqdan sonra gəncləri Yasamal rayon məhkəməsinə aparıblar. Məhkəmənin qərarı ilə  Türkel Azərtürk( AXCP GK) 15 sutka, Əli Səfərli (bitərəf) 15 sutka, Sərvər Abdullah (AXCP GK) 10 sutka, Emin Maniyev (bitərəf) 10 sutka inzibati həbsə məhkum edilib. Anar Əkbərov (bitərəf) 100 manat  və Orxan Baxışlı (bitərəf) 50 manat cərimələnib.

Xatırladaq ki, 12 oktyabr mitinqindən sonra gənclərdən bir neçəsi, o cümlədən öz peşə fəliyyətini yerinə yetirən jurnalistlər polis zorakılığına məruz qalmışdı. 10 nəfər gənc isə Yasamal polis idarəsinə aparılıb və günün sonunda 51 manat cərimə olunaraq sərbəst buraxılmışdı.


  • Yazılıb
  • da (də) 2013 Oct 17