Tarix : 2013 Oct 17
Kod 40518

Əsassız ittihamları irəli sürmək Türkiyənin daxili problemlərini həll etmir

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Türkiyənin daxili problemlərinin həlli üçün qonşu ölkələri suçlamağı qeyri-münasib həll yolu adlandırıb

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Türkiyənin daxili problemlərinin həlli üçün qonşu ölkələri suçlamağı qeyri-münasib həll yolu adlandırıb.

İSNA-nın məlumatına görə, xanım Mərziyyə Əfxəm Türkiyə hökumətinin bu ölkənin Kürd Fəhlə Partiyası PKK ilə sülh müzakirələri prosesində təxribat yaratmaqda Avropa ölkələri və İranı suçlayan Türkiyə baş nazirinin müavini Bəşir Atalayın açıqlamasına reaksiyada deyib: Əsassız ittihamlar daxili kökü olan problemləri həll edə bilməz.

Əfxəm əlavə edib: İran İslam Respublikası region ölkələrində sülh və sabitliyə kömək edəcək hər bir prosesi müsbət qarşılayır və bu qənaətdədir ki, Türkiyədə təhlükəsizliyin bərqərar olunması İranda və ümumiyyətlə regionda təhlükəsizliyə kömək edir.

 


  • Yazılıb
  • da (də) 2013 Oct 17