Cenevrədə keçirilən İran İslam Respublikası ilə 5+1 qrupu arasında nüvə danışıqları bir bəyanatla sona çatıb
Cenevrədə keçirilən İran İslam Respublikası ilə 5+1 qrupu arasında nüvə danışıqları bir bəyanatla sona çatıb.
İRİB-in məlumatına görə, Cenevrədə keçirilən İranla “Altılar” qrupu arasında nüvə müzakirələrinin sonunda müştərək bəyanatda bildirilib: 15-16 oktyabrda keçirilən müzakirələrdə iştirak edən heyətlər mehvər və gələcəyə baxış məsələlərini araşdırıblar.
Bu bəyanatda bildirilib: İran və 5+1 qrupu ölkələrinin xarici işlər nazirlərinin 26 sentyabr tarixində Nyu-Yorkda keçirilən ilk iclasının müsbət atmosferinə əsasən İranın xarici işlər naziri müzakirələrin bünövrəsi olaraq layihənin əsasını təqdim etdi ki, bu qrup tərəfindən danışıqlar prosesində önəmli iştirak olaraq diqqətlə araşdırıldı.
İranla 5+1 qrupu arasında keçirilən nüvə danışıqlarının yekun bəyanatında bildirilir: Bu müzakirələrdə iştirak edən heyətlər ikitərəfli və müştərək məsləhətləşmələri müxtəlif həll yolu təklifinin müxtəlif məsələlərini dərin formada araşdırdılar və qərara alındı ki, bu heyətlərin növbəti iclası Cenevrədə 7-8 noyabr tarixində keçirilsin.
Bu bəyanatda əlavə olunur: Cenevrədə nüvə müzakirəçiləri həmçinin razılığa gəldilər ki, nüvə, elmi, 5+1 qrupunun sanksiya məsələləri üzrə ekspertləri və İranın ekspertləri növbəti toplantıdan öncə fikir ayrılıqlarını araşdırmaq üçün proqram hazırlayaraq praktiki addımları tənzimləmək istiqamətində iclas keçirsinlər .