Tarix : 2013 Oct 19
Kod 40538

Bakı və Vaşıgton yenə də bir birini rüsvay etdilər

Azərbaycan Respublikası president seçkisinin hansı faizlarla elan olunmasına dair ixtilafdan sonra oktyabrın 14-də Azərbaycan və ABŞ hökumətləri arasında ikinci ciddi skandal baş verib

Arannews- Azərbaycan Respublikası hökuməti  ilə ABŞ arasında söz atışması amerikalıların Azərbaycan Respublikasında gizli və açıq mövqelərinin nə qədər təzadlı olmasını aydınlaşdırır .

Azərbaycan Respublikası president seçkisinin hansı faizlarla elan olunmasına dair ixtilafdan sonra oktyabrın 14-də Azərbaycan və ABŞ hökumətləri arasında ikinci ciddi skandal baş verib .

 ABŞ-ın Azərbaycandakı səfiri R.Morninqstarla müdafiə naziri Səfər Əbiyevin  görüşü ilə bağlı Müdafiə Nazirliyinin  mətbuat xidmətinin yaydığı məlumatda deyilirdi ki, görüşdə Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı müzakirə aparılıb .

 Müdafiə Nazirliyinin  Mətbuat xidməti bildirir  : “Azərbaycandakı prezident seçkiləri ilə  bağlı münasibətini ifadə edən səfir deyib ki, seçkilər artıq arxada qalıb və İlham Əliyev qalibdir. O, həmçinin edilən müəyyən tənqidlərin prezident seçkilərinin nəticələrinə təsir etmədiyini də vurğulayıb !”

ABŞ səfirliyi bu xəbərdə əksini tapan məqamları təkzib edib !

 Qarşı tərəfdən Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib ki, rəsmi məlumatın səfirə aid olan hissəsində heç bir təhrifə yol verilməyib, onun sözləri olduğu kimi yayılıb: “Əgər ABŞ səfirliyi mövqeyində israr edərsə, Müdafiə Nazirliyi səfir Riçard Morninqstarın fikirlərinin audio yazısını təqdim etməyə hazırdır ”.

Siyasi analitik Ərəstun Oruclu  bu audio yazı ilə bağlı deyib : “ABŞ-ın əlində səs, görüntü və sair yaymaq imkanları yəqin ki, Səfər Əbiyevdən xeyli artıqdır. Onlar əllərində olanları yaymağa başlasalar, Azərbaycan hakimiyyəti hansı vəziyyətə düşəcək? Nəzərə alsaq ki, uzaqbaşı səfir Morninqsar həqiqətən də həmin sözləri demiş ola bilər. Səfirin rəsmi Bakıya loyal münasibətini heç vaxt heç kim, hətta özü də inkar etməyib. Amma Azərbaycanın dövlət qurumları o qədər çirkabın içindədir ki, o çirkabların video-audio sübutları ortaya çıxsa, hakimiyyət dünyada Zimbabvedən də pis duruma düşəcək ”.

Ə.Oruclu məsələnin hüquqi tərəfinin olduğunu da vurğuladı: “Azərbaycan qanunlarına görə, razılığı olmadan heç kimin səsi, görüntüsü yayıla bilməz. Amma ölkənin Müdafiə Nazirliyi rəsmən bəyan edir ki, biz bunu etmişik ”.

R.Mehdiyevin məlum açıqlamasına gəldikdə, ekspert deyib : “Əgər ABŞ rəsmiləri bunu cənab Mehdiyevə təklif etmişdilərsə, niyə o zaman bunu açıb demirdi ki, baxın, ay camaat, özlərini demokrat adlandıran ölkələrin təmsilçiləri bizə hansı təkliflər verirlər. Bu gün bu məsələni iqtidarın de-fakto ikinci şəxsinin səsləndirməsi Azərbaycan dövlətinə başucalığı gətirmir. Əgər belə bir təklif olmuşdusa da, bunu vaxtında demək lazım idi. İndi seçki saxtakarlıqlarına ABŞ, ATƏT DTİB-in sərt münasibətindən sonra bu cür bəyanat vermək təkcə arxadan atılan daş deyil, həm də həmin tənqidə qeyri-effektiv reaksiyadır .”

Qeyd etmək lazımdir ki, Ramiz Mehdiyev açıqlamasında demişdir : “ABŞ-dan olan rəsmi şəxslər Milli Şuranın nümayəndəsinə seçicilərin 25 faizinin səsini verməyi, qalan 74-75 faizini isə özümüzə saxlamağı məsləhət görmüşdülər. Bu, sadəcə, dost məsləhəti deyil, ciddi xəbərdarlıq imiş.”

  • Yazılıb
  • da (də) 2013 Oct 19