Tarix : 2013 Oct 19
Kod 40540

Dindar Rəşad Rmazanovun məhkəməsi oldu

Rəşad Ramazanov mayın 9-da həbs edilib

Arannews- Oktyabrın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində şərlənib həbs olunmuş  dindar bloqçu, Azərbaycan Milli Elmlər Akademiyasının doktorantı Rəşad Rmazanovun məhkəməsi keçirilib .

Vəkil Azər Nağıyev məlumat verib ki, Rəşaddan tapıldığı iddia edilən narkotik bükülüsündə əl izlərini aşkarlamaq üçün ekspertiza təyin olunması ilə bağlı vəsatət qaldırıb. Vəsatət təmin olunmayıb .

 Növbəti məhkəmə prosesi oktyabrın 30-na təyin olunub .

 Rəşad Ramazanov mayın 9-da həbs edilib. O, qanunsuz olaraq külli miqdarda narkotik vasitələri saxlamaqda ittiham edilir, Bakı İstintaq Təcridxanasında saxlanır .

 Bir neçə ildir ki, Azərbaycan Respublikasında  pozğun Avroviziya – 2012 mahnı yarışına hazırlıq dönəmindən başlayaraq dindarların şərlənib həbs olunması vüsət alıb ki, SSRİ dövründə Stalin hakimiyyətindən sonra dindarlara qarşı olan ən böyük  həbs dalğası sayılır.

  • Yazılıb
  • da (də) 2013 Oct 19