Arannews- Oktyabrın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində şərlənib həbs olunmuş dindar bloqçu, Azərbaycan Milli Elmlər Akademiyasının doktorantı Rəşad Rmazanovun məhkəməsi keçirilib .
Vəkil Azər Nağıyev məlumat verib ki, Rəşaddan tapıldığı iddia edilən narkotik bükülüsündə əl izlərini aşkarlamaq üçün ekspertiza təyin olunması ilə bağlı vəsatət qaldırıb. Vəsatət təmin olunmayıb .
Növbəti məhkəmə prosesi oktyabrın 30-na təyin olunub .
Rəşad Ramazanov mayın 9-da həbs edilib. O, qanunsuz olaraq külli miqdarda narkotik vasitələri saxlamaqda ittiham edilir, Bakı İstintaq Təcridxanasında saxlanır .
Bir neçə ildir ki, Azərbaycan Respublikasında pozğun Avroviziya – 2012 mahnı yarışına hazırlıq dönəmindən başlayaraq dindarların şərlənib həbs olunması vüsət alıb ki, SSRİ dövründə Stalin hakimiyyətindən sonra dindarlara qarşı olan ən böyük həbs dalğası sayılır.