Tarix : 2013 Oct 20
Kod 40551

Əl-Qaidə Türkiyə gənclərini ölüm üçün Suriyaya göndərir

Türkiyənin Əl-Qaidə qruplaşması bu ölkə gənclərini ölüm üçün Suriyaya göndərir

Arannews-Əl-Qaidə Türkiyə gənclərini ölüm üçün Suriyaya göndərir.bu barədə Türkiyədə yayımlanan Milliyyət qəzeti yazıb .

Milliyyət qəzetinin yazdığına görə müharibə üçün Suriyaya göndərilən Türkiyə gəncləri, bilavasitə olaraq, ölümə giriftar olurlar .

Milliyyət qəzetinin yazdığına görə Türkiyə gəncləri, Suriya prezidenti Bəşər Əsədlə müharibə üçün deyil, özlərinin kürd yaxınları ilə mübarizə üçün Əl-Qaidə tərəfindən bu ölkəyə göndərilirlər .

Bu qəzet Türkiyə ictimaiyyətinin bu ölkə gənclərinin Suriyaya göndərilməsi haqda nigaranlığını bildirərək, belə əlavə edib: Bu gənclərin geri dönməsi Türkiyə ictimaiyyəti üçün yeni başağrısı olacaqdır .

Türkiyədəki ailələrə xəbərdarlıq edən Milliyyət qəzeti sonra belə yazıb: terrorçu Əl-Qaidə və Əl-Nosrə qruplaşmaları bu ölkə gənclərini cəlb edib. Suriyaya göndərilən bu gənclərin Türkiyəyə geri dönmələri ilə onlar bu ölkədə başqa qruplar təşkil edəcəklər.

  • Yazılıb
  • da (də) 2013 Oct 20