Tarix : 2013 Oct 20
Kod 40553

sabiq millət vəkili Bakı Ağır Cinayətlər Məhkəməsinə gətiriləcək

oktyabrın 21-də sabiq millət vəkili Gülər Əhmədova Bakı Ağır Cinayətlər Məhkəməsinə gətiriləcək

Arannews-Gülər Əhmədova dindiriləcək.oktyabrın 21-də sabiq millət vəkili Gülər Əhmədova Bakı Ağır Cinayətlər Məhkəməsinə gətiriləcək.

Saat 9:30-da keçiriləcək məhkəmə prosesinə Məhkəmənin hakimi Əlisultan Osmanov rəhbərlik edəcək.

 

Gülər Əhmədovanın cinayət işi üzrə istintaq hələ sentyabrın 23-də tamamlanaraq aidiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Xatırladaq ki, sabiq deputatın Ağır Cinayətlər Məhkəməsində keçiriləcəyi ilk məhkəmə prosesi sentyabrın 30-da təyin olunsa da təxirə salınaraq, bu ayın 21-ə təyin edilib .

Hazırlıq iclasında Gülər Əhmədovanın vəkili Əfsər Talıbovun müvəkkilinin həbsinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı müraciət ediləcəyi gözlənilir. Mətbuatda yayılan məlumatlara görə, Gülər Əhmədova barəsində açılmış cinayət işinin istintaq materialları 20 cilddən ibarətdir .

Xatırladaq ki, Gülər Əhmədova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.2 (cinayət haqqında məlumat verməmək və məlumatı gizlətmək) və 178.3.2 (geniş miqyasda törədilmiş dələduzluq) maddələri ilə təqsirli bilinir.

  • Yazılıb
  • da (də) 2013 Oct 20