Gələn ilin dövlət büdcəsinin zərfində Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının məbləği müəyyənləşdirilib
Arannews-Hökumət yaşayış minimumu və ehtiyac meyarının məbləğini artırır.Gələn ilin dövlət büdcəsinin zərfində Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının məbləği müəyyənləşdirilib. 2013-cü illə müqayisədə 2014-cü ildə yaşayış minimumu və ehtiyac meyarının məbləği artacaq .
“2014-cü il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği aşağıdakı kimi nəzərdə tutulub :
2014-cü il üçün yaşayış minimumu ölkə üzrə 125 manat, əmək qabiliyyətli əhali üçün 136 manat, pensiyaçılar üçün 103 manat, uşaqlar üçün 103 manat olacaq .
2014-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsində isə ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədi ilə ehtiyac meyarının həddi 100 manat məbləğində nəzərdə tutulub .
Xatırladaq ki, 2013-cü il üçün yaşayış minimumu ölkə üzrə 116 manat, əmək qabiliyyətli əhali üçün 125 manat, pensiyaçılar üçün 94 manat, uşaqlar üçün 93 manatdır. 2013-cü il üçün ehtiyac meyarının həddi 93 manat məbləğində təsdiq edilib.