nahid Qəhrəmanovun işinə Nərimanov rayon məhkəməsində baxılır
Arannews- bu gün saat 12:45-də Nərimanov rayon məhkəməsində hicab məhbusu Nahid Qəhrəmanovun məhkəmə iclası keçiriləcək .
Məhkəmə iclasında Nahid Qəhrəmanova hökm oxunacağı gözlənilir .
Qeyd edək ki, keçən məhkəmə iclasında dövlət ittihamçısı Cinayət Məcəlləsinin 315.2 maddəsiylə 2.6 il və 233-cü maddəsiylədə 2.6 il olmaqla cəmdə 5 il iş istəyib .
Onun həbs müddətinin ümumi rejimli həbsxanada çəkməsini qeyd edib .
Nahid Qəhrəmanov 2012-ci il oktyabrın 5-i Bakıda, Təhsil Nazirliyinin binası qarşısında keçirilmiş “Hicaba azadlıq” aksiyasına görə tutulub .
Ona Cinayət Məcəlləsinin 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddələri ilə ittiham elan olunub .
Həmin aksiyaya görə 35 nəfər azadlıqdan məhrum edilib .
Xatırladaq ki, həbs edilərkən Nahid Qəhrəmanovun üstündə 17 min ABŞ dolları olub. Pulun haradan gəldiyi istintaqda dəqiqləşdirilib. Nahid Qəhrəmanov həbs olunmamışdan əvvəl ailəsinə məxsus torpaq sahəsini satıbmış . /islamazeri