Tarix : 2013 Oct 21
Kod 40570

İqtidar Cəmil Həsənlinin acıq eləyib ölkədən çıxıb getməsini istəyirmiş!

Azərbaycan Respublikası iqtidarı Milli Şuranın son seçkidəki namizədi Cəmil Həsənlinin də acıq eləyib ölkədən çıxıb getməsini istəyirmiş!

Azərbaycan Respublikası iqtidarı  Milli Şuranın son seçkidəki namizədi Cəmil Həsənlinin də acıq eləyib ölkədən çıxıb getməsini istəyirmiş!

APA-nın məlumatına görə, jurnalistlərə açıqlamasında YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov Cəmil Həsənlinin London səfərindən ölkəyə dönməsi ilə bağlı deyib: “Cəmil Həsənlinin Azərbaycana qayıtmaqda məqsədi qarışıqlıq salmaqdır!”

YAP icra katibinin müavini əlavə edib : “Cəmil Həsənli istəyir ki, şou düzəltsin və ona xaricdə sığınacaq versinlər.”

Cəmil Həsənlinin Konstitusiya Məhkəməsində söz isətəməsi haqqında da YAP rəsmisi deyib : “Bu gün o, Konstitusiya Məhkəməsi ilə çayxananı səhv salmışdı. Onların bir məlumatlı hüquqşünasları yoxdur başa salsın ki, bu məsələlər belə olmur.”

Siyavuş Novruzov deyib : “Cəmil Həsənli yaxın zamanda qarışıqlıq yaratmaq istəyir ki, ona qarşı hər hansı təzyiq olsun və “Green card” vasitəsi ilə Amerikaya getsin. O Londona gedəndən onun kartı hazırdır. Londondan qayıdandan sonra tamam dəyişib. Siz də yaxın zamanda bunun şahidi olacaqsınız” .

 

 


  • Yazılıb
  • da (də) 2013 Oct 21