Tarix : 2013 Oct 22
Kod 40582

İranın Azərbaycan Respublikasının "Çövkən"i öz adına qeydə aldırmasına etirazı

İran İslam Respublikası Mədəni İrs, Əlişləri Sənayesi və Turizm Təşkilatının sədr əvəzi deyib: YUNESKO-ya ünvanlanmış məktubda İranın Azərbaycan Respublikası tərəfindən "Milli Çövkən oyunu" işinin hazırlanmasına etirazı bildiriləcək

Arannews-Mehdi Höccət bu idman növünün İrandakı tarixi keçmişi ilə bağlı deyib: Mədəniyyət sahəsindəki keçmişə nəzər saldıqda aydın olur ki, hələ qədim zamanlardan bəri Çövkən idman növü İranda mövcud olub. Firdovsinin Şahnamə-sində və qədim miniatür əsərlərində bu oyunun İrandakı mahiyyəti və fövqəladə tarixi keçmişə malik olması öz əksin tapır. Bu oyun Əhəmənilər dövründən indiyə kimi İranda mövcud olub .

 İranın Mədəni İrs Təşkilatının bu rəsmisi ekspertlər tərəfindən səsləndirilən İranın mənəvi irsinin digər ölkələrin adına qeydə alınmasının heç bir eybi olmaması ilə bağlı bəzi fikirlərə də münasibət bildirib və deyib: Bu məsələ ümumiyyətlə düzgün deyil. Çünki, əgər bir mənəvi irsin nüfuz dairəsi yalnız bir ölkənin siyasi sərhədləri daxilində məhdudlaşmış olarsa, onun beynəlxalq baxımdan dəyərli olmasında şübhə yaranmış olur və onu beynəlxalq bir irs kimi qeydə almaq çətindir.  Lakin, tar, Mövləvi və tarixi Çövkən oyunu kimi mənəvi irslərin nüfuz dairəsi son dərəcə genişdir və bir ölkənin sərhədlərini aşır. Bu kimi mənəvi dəyərlərin qeydə alınması imkanı var. Əlbəttə, YUNESKO-nun belə bir mənəvi irsin bir ölkənin adına qeydə alınması üzrə mexanizmi yanlışdır. Çünki, elə bu növ mexanizmlərdir ki, qonşu ölkələr arasında ixtilafa və incikliyə səbəb olub .

 Bu İran rəsmisi həmçinin deyib: İndi, Azərbaycan Respublikası ilə İran arasındakı dostluq ilə düşmən olanlar davamlı olaraq bu kimi məsələləri önə çəkirlər. Digər tərəfdən, Azərbaycan Respublikası hökuməti də özü üçün bir kimlik icad etmək ardıncadır və istənilən mənəvi və qeyri mənəvi irsin qeydə alınmasına çalışır .

 Azərbaycan Respublikası bir müddət öncədən “Çövkən, Qarabağın Milli Oyunu” adlı bir sənəd hazırlayaraq, YUNESKO-dan istəyib ki, bu qədim oyunu iki ay sonra keçiriləcək YUNESKO-nun mənəvi irs komitəsinin iclasında qeydiyata alsın .

 Çövkən oyunu keçmişdə İsfahanda “Nəqşicahan” meydanının məşhurlaşmasında mühüm rola malik olub. Amma, ilk dəfə olaraq Çövkən oyunu Ərdəşir Babəkanın dövründə formalaşıb.

  • Yazılıb
  • da (də) 2013 Oct 22