Tarix : 2013 Oct 22
Kod 40585

Azərbaycanlılar Rusiyanı tərk etməyə başladı

Bir neçə gün əvvəl Moskvada saxlanılan 50 nəfərə yaxın Azərbaycan vətəndaşı sərbəst buraxılıb

Arannews- "Pokrov" topdan satış bazasının icarədarlarına isə məhsullarını bazadan çıxarmağa şərait yaradılıb. Lakin problem çıxarılan məhsulların yerləşdirilməsi üçün yeni bazaların olmamasıdır. Eyni zamanda "Pokrov" bazasının bağlanması orada çalışan yüzlərlə azərbaycanlı sahibkara ciddi zərər vurub. İşsiz qalan həmyerlilərimiz artıq Azərbaycana üz tutmağa başlayıblar .

Təkcə Pakrov bazarının bağlanması yüzlərlə Azərbaycanlının çörək pulundan məhrum etdi. İndi əsas məsələ indiyədək Rusiyada pul qazanan azərbaycanlıların öz işlərini davam etdirib-etdirməyəcəyidir .

Baş verən insidentdən sonra kütləvi informasiya vasitələrində aparılan təbliğat miqrantlara qarşı yerli sakinlərin bir qisminin fikrini dəyişsə də, sadə rusların çoxu bütün bu proseslərin onlara yalnız ziyan vurduğunu düşünür .

Rusiyada 750 mindən artıq azərbaycanlı miqrantın çalışdığı bildirilir. Amma bu rəqəmin daha çox olduğu güman edilir. Deməli Rusiyada baş verən hadisələr nəticəsində ən azı bu qədər ailə gəlirindən məhrum ola bilər. Bu insanların Rusiyanı tərk edərək ölkəyə gəlməsi isə yeni işsizlər deməkdir. Üstəlik Rusiya Azərbaycanın kənd təsərrüfatı məhsulları əsas ixrac bazarı hesab olunur. Bu bazarın itirilməsi də arzu olunan deyil. Hələ ki, hadisələr soydaşlarımızın mənafeyinə uyğun olmayan istiqamətdə inkişaf edir. Rusiya hüquq-mühafizə orqanları bazarlarda reydlər keçirir, miqrantları deportasiya edir. Anti-miqrant əhval ruhiyyəsi isə qalmaqdadır./ ANN.Az

  • Yazılıb
  • da (də) 2013 Oct 22