Tarix : 2013 Oct 23
Kod 40598

Rusiya İslam dünyasına və mədəniyyətinə ehtiramla yanaşır

Allahşükür Paşazadə:Biz müsəlmanlar Vladimir Vladimiroviçə bu sülhməramlı missiyaya görə dərin təşəkkürlərimizi bildiririk

Arannews-QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, QMİ sədri şeyxülislam Allahşükür Paşazadə Rusiyanın Ufa şəhərində keçirilən Rusiya Müsəlmanları Mərkəzi Dini İdarəsinin 225 illiyinə həsr olunmuş təntənəli tədbirdə çıxışı zamanı bildirib ki, Rusiya İslam dünyasına və mədəniyyətinə ehtiramla yanaşır: “Bu, özünü Suriya məsələsinin siyasi həlli zamanı göstərib. Biz müsəlmanlar Vladimir Vladimiroviçə bu sülhməramlı missiyaya görə dərin təşəkkürlərimizi bildiririk. Rus Pravoslav Kilsəsi və Qafqaz Müsəlmanları İdarəsi arasında dinlərarası əməkdaşlığın səviyyəsini yüksək qiymətləndirərək biz patriarx Kirill ilə xalqlarımızın və dövlətlərimizin xeyrinə, MDB ölkələrində konfessiyalar və xalqlararası sülhün möhkəmləndirilməsinə xidmət edən əməkdaşlığımızı daha da dərinləşdirmək niyyətindəyik”.

  • Yazılıb
  • da (də) 2013 Oct 23