Tarix : 2013 Oct 23
Kod 40606

Əli Əhmədov baş nazirin müavini oldu

Hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Mübariz Qurbanlı belə deyib

Arannews-Əli Əhmədov baş nazirin müavini olmaqla yanaşı Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi vəzifəsində də qalacaq, bundan sonra da partiyanın işinə rəhbərik edəcək”. Hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Mübariz Qurbanlı belə deyib . 

Deputat qeyd edib ki, Əli Əhmədov istənilən işi yerinə yetirməyə hazır və qadir kadrdır: “Mən on dörd ilə yaxındır partiyada onunla birlikdə işləyirəm. Əli Əhmədovun təşkilatçılıq qabiliyyəti, ictimai-siyasi prosesləri dərindən bilməsi, xüsusən də prezident İlham Əliyevin siyasətinin həyata keçirilməsində çox böyük inamla çalışması, bu işlərdə xüsusi əməyinin olması ona yeni-yeni uğurlar gətirəcək . 

Digər tərəfdən isə baş nazirin müavini vəzifəsini tutmaq partiyanın idarəçiliyini həyata keçirməyə mane olmayacaq. Əli Əhmədov baş nazirin müavini kimi həm də YAP-ın fəaliyyətinə rəhbərlik edə, cari işləri görə bilər. Hesab edirəm ki, belə də olacaq. Dünyanın bir sıra ölkələrində partiyanı idarə edən şəxslər hökumətdə ən ali vəzifə tuturlar. Ona görə də burada heç bir ziddiyyət yoxdur. Əli Əhmədovun bundan sonra da partiyanın işinə rəhbərik etməsi daha məntiqlidir ”. 

Mübariz Qurbanlı bildirib ki, YAP-ın nizamnaməsinə əsasən, sədr müavinləri, icra katibi yalnız qurultayda seçilir.


  • Yazılıb
  • da (də) 2013 Oct 23