Tarix : 2013 Oct 25
Kod 40609

İranda Beynəlxalq Qarabağ Konfranısının keçirilməsi Avropa Parlamentini aktivləşdirdi

Avropa Parlamenti tərəfindən Qarabağ konflikti barədə qəbul edilmiş bu qətnamədə Ermənistan ordusunun dərhal, Azərbaycan torpaqlarından çıxarılması qeyd edilir

AranNews - APA-nın 23 oktyabr tarixli xəbərinə əsasən, İran İslam Respublikasında Beynəlxalq Qarabağ Konfranısının keçirilməsinə təkcə bir neçə gün qaldığı vaxtda Avropa Parlamenti tərəfindən qətnamə qəbul edilərək ilk dəfə olaraq Ermənistan qüvvələrin dərhal, qeyd-şərtsiz və tam şəkildə işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması, habelə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının təmin olunmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməli olduğu qeyd edilib.

Xəbərə əsasən, qətnamənin 16-cı paraqrafında Avropa Parlamenti tərəfindən Şərq Tərəfdaşlığı proqramında iştirak edən bir dövlət tərəfindən digərinin ərazisinin işğal edilməsinin Şərq Tərəfdaşlığının fundamental prinsip və məqsədlərinin pozulması olduğu barəsində mövqeyi xatırladılıb və bu xüsusda, Dağlıq Qarabağ münaqişəsinin həllinin BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 4 qətnaməsi və 10 iyul 2009-cu il tarixli L’Aquila birgə bəyanatında ehtiva olunan ATƏT-in Minsk Qrupunun baza prinsipləri əsasında həllinin vacibliyi vurğulanıb.

Qeyd edək ki, bəzi ekspertlərin nəzərincə, Avropa Parlamenti İranın elmi mərkəzlərinin və qeyri-dövlət mədəniyyət müəssisələrinin Beynəlxalq Qarabağ Konfransı təşkil etmələri təşəbbüsünün ardınca neçə illər ötdükdən sonra öz sükutlarına son qoymuş və Qafqaz xalqlarının məsələlərinə əhəmiyyətsizlikdə suçlanmamaq üçün belə bir qətnamə qəbul etməyə məcbur olublar.

Avropa Parlamentinin Təbrizdə keçiriləcək Beynəlxalq Qarabağ Konfransına diqqəti elə bir şəraitdədir ki, sionist rejiminin təsiri ilə hər şeyi qara görən Azərbaycan Respublikasının bəzi mediaları ictimai fikri bu konfransın əhəmiyyətindən sapındırmağa çalışırlar.

  • Yazılıb
  • da (də) 2013 Oct 25