Tarix : 2013 Oct 26
Kod 40612

2013-cü ilin ən böyük rüsvayçılıqları

2013--cü ilin ən böyük rüsvayçılıqları” sırasında Azərbaycan 2-ci yerdə

arannews - Birləşmiş Ştatların nüfuzlu The Washington Post qəzetinin veb səhifəsi "2013-cü ilin ən böyük rüsvayçılıqları"nı açıqlayıb. Nə qədər qəribə olsa da, siyahıda ikinci yeri Azərbaycanda baş vermiş bir hadisə tutub. Qəzet iddia edir ki, 2013-cü ildə Azərbaycanda keçirilən prezident seçkilərindən bir gün öncə seçkilərin nəticələrinin açıqlanması heç də yaxşı hal olmayıb . 

"Seçkilərdən öncə nəticələr" adlı bölmədə deyilir ki, Azərbaycan səsvermənin nəticələrini erkən - xeyli erkən açıqlayıb. "Nəticələr faktiki olaraq oktyabrda keçirilən səsvermədən tam bir gün öncə açıqlanıb. Seçki öncəsi gülünc "nəticələr" prezident İlham Əliyevin 73 faiz səs toplayaraq böyük əksəriyyətlə qələbəsini təmin etmişdi. Hökumət isə bunu onlayn applikasiyanın xətalı testi kimi qələmə verib. Seçki sonrası nəticələr isə prezidentə 84.5 faiz səs qazandırıb" - deyə The Washington Post yazır ./ The Washington Post qəzeti

 


  • Yazılıb
  • da (də) 2013 Oct 26