arannews - Azərbaycan Turizm İnstitutunun 2-ci korpusunun tələbələri etiraz etməyə hazırlaşır.
Verilən məlumata görə, onlar öz etirazlarını rektora imza toplamaq yolu ilə çatdırmaq istəyirlər. ATİ-nin Facebook səhifəsində tələbələrin tələbləri də yer alıb. Onların tələbləri aşağıdakılardır :
_Qaib limitinin yığışdırılması
_İmtahanların test üsulu ilə keçirilməsi
_Aşağı kurslarda kəsrin olarsa, pul ödəməmək
_Təcrübəyə daha çox kəsrlə gedə bilmək
2_ci korpusda şəraitin yaxşılaşdırılması
Bundan əlavə onların artıq 250 dən çox imza topladığı və imza toplama aksiyasının 1-ci gündən əsas korpusda da olacağı qeyd olunub. Tələbələr bildirirlər ki, əgər tələbləri qəbul olunmasa, etiraz aksiyasına başlayacaqlar .
Xatırladaq ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri imtahanların test üsulu ilə keçirilməsi tələbiylə oktyabrın 21-də etiraz aksiyası keçirmişdilər. /publika/