Tarix : 2013 Oct 26
Kod 40621

Milli Şurada düşmənçilik yaratmaq istəyənlər var

Milli şurada nə baş verir?

Arannews-Milli Şurada düşmənçilik yaratmaq istəyənlər var”. “Biz daxili düşmənçiliyin iştirakçısı olmaq istəmirik. Buna görə də Milli Şurdan getməyi qərara aldım ”.

Bunu ALP sədri Əvəz Temirxan Milli Şuranın iclasını tərk etməsinə münasibət bildirərkən qeyd edib ki, Milli Şurada düşmənçilik yaratmaq istəyənlər var. Konkret olaraq ad çəkməsə də ALP sədri bildirib ki, onun addımı həmin düşmənçilik mövqeyində dayananlara adekvat reaksiyadır .

ALP sədri Əvəz Temirxan partiyanın lideri Lalə Şövkətin Milli Şuradan çıxması üçün etdiyi müraciətə baxılmasını etirazla qarşılayıb. O, ümumiyyətlə Lalə Şövkətin adının çəkilməməsini istəyib. Mübahisə yaranıb, nəticədə Əvəz Temirxan iclası tərk edib, həm də qurumdan ayrıldığını söyləyib .

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bunun ALP-in Milli Şuranı tərk etməsi kimi qiymətləndirilməməsini istəyib. O bildirib ki, ALP bir partiya olaraq rəsmi qərar versə, o zaman Milli Şura məsələyə münasibətini bildirər .

Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov təklif edib ki, iclaslara qatılmayan şəxslərin və 7 nəfər istefa verən üzvün qurumdan çıxarılması səsə qoyulsun. Məsələ səsə qoyulub və 9 nəfər Milli Şuradan çıxarılıb .

Öz istəyi ilə çıxarılan 7 nəfər: Lalə Şövkət (ALP lideri), Möhsün Səmədov (İslam Partiyasının sədri, həbsdədir), Elçin Manafov (İslam Partiyasının sədr əvəzi), İlham Hüseynli, Asəf Quliyev (sabiq AXCP üzvü), Zəminə Dünyamalıyeva və Solmaz Ələsgərovadır (ACP üzvləri)

Milli Şuranın iclasına qatılmadıqlarına görə isə keçmiş deputatlar Gülnarə Qurbanova və Akif Şahbazovdur qurumdan çıxarılıb.

  • Yazılıb
  • da (də) 2013 Oct 26