Tarix : 2013 Oct 27
Kod 40631

ABŞ Azərbaycanla müttəfiqlik münasibətlərini yüksək qiymətləndirir

ABŞ səfirliyi Ramiz Mehdiyevin ittihamına münasibət bildirdi

Arannews - ABŞ-ın Azərbaycandakı səfirliyi Ramiz Mehdiyevin ittihamlarına münasibət bildirib .

ABŞ səfirliyi Ramiz Mehdiyevin ittihamına münasibət bildirdi.

səfirliyin üç cümləlik cavabı belə olub: “ABŞ-ın Azərbaycandakı səfirliyi və ABŞ Dövlət Departamenti 10 oktyabrı 2013-cü il bəyanatının üstündədir. ABŞ Azərbaycanla müttəfiqlik münasibətlərini yüksək qiymətləndirir. Bundan başqa əlavə olunacaq heç nə yoxdur ”.

ABŞ səfirliyi bundan əvvəl bildirmişdi ki, ATƏT DTİHB-nin müşahidə missiyasının Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı hesabatını dəstəkləyir .

Qeyd edək ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev “İnterfaks”a müsahibəsində Amerikanı ittiham edib. Onun sözlərinə görə, belə çıxır ki, Azərbaycanla Avropa arasındakı tərəfdaşlıq Dövlət Departamentindəki “bəzi məmurların kaprizlərindən” asılı olmalıdır. “Dövlət Departamentinin, ABŞ-ın ATƏT-dəki missiyasının Azərbaycandakı seçkilərə dair mövqeyi, yumşaq desək, anlaşılmazdır. ABŞ-ın bəzi siyasi dairələri Azərbaycanı təcrid etmək fikrindən hələ də imtina etməyiblər. Lakin onlar özləri təcrid olunmuş vəziyyətə düşüblər” - deyə PA rəhbəri bildirib.

  • Yazılıb
  • da (də) 2013 Oct 27