Tarix : 2013 Oct 27
Kod 40633

Bakı Almaniyadan gələn təbriki dost mesajı hesab etmir

Avropa Parlamenti seçkini saxta sayıb, Azərbaycanla bağlı kifayət qədər sərt qətnamə çıxarıb

Arannews - Bakı Almaniyadan gələn təbriki  dost mesajı  hesab etmir .Almaniyanın baş kansleri Angela Merkel 9 oktybar prezident sekçisi ilə bağlı Ilham Əliyevə təbrik məktubu göndərsə də, hakimiyyət bundan məmnun qalmayıb. Bu barədə iqtidardakı mənbə məlumat verib. Mənbənin sözlərinə görə, Almaniya prezidenti və baş kanslerin təbriki ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstarın andiçmə mərasimindən sonra verdiyi bəyanatla eyniləşdirilir .

Riçar Morninqstar həmin bəyanatında demokratiya uğrunda Azərbaycan hökumətilə əməkdaşlıq etməyə hazır olduqlarını vurğulamışdı. Angela Merkelin təbrik məktubunda da Azərbaycanın “Şərq Tərəfdaşlığı” sərçivəsində Avropa Ittifaqı ilə sıx əməkdaşlıq edəcəyindən və Ilham Əliyevin xüsusilə hüquqi dövlət və demokratik cəmiyyət quruculuğuna yönəlmiş siyasəti davam etdirəcəyindən əminlik ifadə olunur .

Mənbənin sözlərinə görə, hakimiyyətdə hesab edirlər ki, bütün bunlar Vilnüsdə Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” sammiti ərəfəsi bir jestdir. Və bu, Ramiz Mehdiyevin təbirincə desək, “dost mesajı” deyil. “Avropa Parlamenti seçkini saxta sayıb, Azərbaycanla bağlı kifayət qədər sərt qətnamə çıxarıb. Indi necə ola bilər ki, Avropanın aparıcı ölkələrindən olan Almaniya bu seçkini tanısın? Hakimiyyət ideoloqları düşünür ki, məqsəd Azərbaycanın ”Şərq Tərəfdaşlığı" sammitinə qatılmasına nail olmaqdır. Çünki seçki ilə bağlı beynəlxalq aləmin mənfi rəyindən sonra Azərbaycan hökuməti bu sammitə qatılmaya biləcəyinə işarə vurmuşdu".

  • Yazılıb
  • da (də) 2013 Oct 27