Tarix : 2013 Oct 27
Kod 40635

NİDA və “Azad Gənclik” təşkilatının məhbus üzvləri “destruktiv qüvvələrə” bağlandılar

Məhbus gənclərə qarşı ağır ittiham!

Arannews--NİDA və “Azad Gənclik” təşkilatının məhbus üzvləri “destruktiv qüvvələrə” bağlandılar. Ancaq destruktiv qüvvələrin kimliyi açıqlanmır !

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən gənclərə qarşı hazırlanan istintaq materiallarında yazılır: “2013-cü ilin fevralında Bakıda hüquqi qeydiyyata alınmayan NİDA adlı qurumun üzvləri ictimai-siyasi sabitliyi pozmaq, dövlət hakimiyyəti və idarəçilik orqanlarının fəaliyyətini iflic edərək ictimai asayişin kütləvi pozuntularına yol vermək məqsədi ilə 10 mart 2013-cü il tarixdə Bakıda kütləvi iğtişaşlar təşkil etmək barədə razılığa gəliblər ...”

İttihamda əlavə olunub : “Həmin aksiyada xaos və çaşqınlıq yaratmaq, polis əməkdaşlarını qorxudub güclərini zəiflətmək, destruktiv qüvvələrin diqqətini cəlb etməklə siyasi və maddi dəstək əldə etmək, gəncləri qanunsuz aksiyalarda iştiraka həvəsləndirmək üçün tərkibi tezalışan maye yanacaq benzindən və tüstüsüz barıtdan ibarət ”Molotov kokteyli", “tüstü şaşkaları”, yəni partlayıcı qurğular tətbiq etməklə yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşlar təşkil etmək barədə razılığa gəliblər...”

  • Yazılıb
  • da (də) 2013 Oct 27