Arannews-ABŞ Azərbaycan Respublikasında 9 oktyabr prezident seçkisini müsbət qiymətləndirən Avropa Şurası missiyasını tənqid edib .
ABŞ-ın ATƏT-dəki missiyasının rəhbəri Kristofer Madura Avropa Şurasının baş katibi Torbyorn Yaqlanda məktubda yazır: “ATƏT missiyası seçki prosesinin bütün mərhələlərində (seçki günü də daxil olmaqla) ciddi problemlər aşkar edib .
Bura ifadə, toplaşma, birləşmə azadlığının məhdudlaşdırılması daxildir. Biz seçkinin azad və şəffaf olması barədə AŞPA missiyasının bəyanatına təəccüblənirik ”.
Bir haldaki ABŞ hökuməti 9 oktyabr prezident seçkisini sual altına alıb və ABŞ prezidenti Barak Obama prezident İlham Əliyevi təbrik etməyib, ABŞ-ın Bakıdakı səfiri Ağ Evin rəsmi Bakı ilə əməkdaşlığı davam etdirməsinə təkid edib.