Tarix : 2013 Oct 27
Kod 40641

Cavad Zərif Türkiyəyə səfər edəcək

Əhməd Davudoğlu Türkiyənin qonşu ölkələrlə əlaqələrinin gücləndirəcəyini də qeyd edib

Arannews- Türkiyənin xarici işlər naziri iranlı həmkarının Türkiyəyə səfər edəcəyini açıqlayıb .

O bu açıqlamanı İraqın xarici işlər nazirindən sonra bildirib. Davudoğlu İraqlı həmkarı Hüşyar Zibari ilə görüşündə Suriya məsələsinədə toxunduqlarını deyərək: “Gələn həftədə İranın xairici işlər naziri ölkəmizə səfər edəcək”-deyə jurnalistlərə açıqlama verib .

Zərif İstanbulda Türkiyə prezidenti Abdullah Gül, cümə günü isə Ankarada baş nazir Ərdoğanla görüş keçirdəcək .

Davudoğlu Türkiyənin qonşu ölkələrlə əlaqələrinin gücləndirəcəyini də qeyd edib.


  • Yazılıb
  • da (də) 2013 Oct 27