Tarix : 2013 Oct 28
Kod 40646

Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ dinləməsindən xəbərsizdir!!

Bunları Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Deyerler saytına ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin (NSA) telefon dinləmə əməliyyatlarına açıqlama gətirərkən bildirib

Arannews- Azərbaycan Xarici İşlər Nazirliyinə Amerika Xüsusi Xidmət Orqanlarının  35 dövlət başçısının telefonlarının dinləməsi  haqqında məlumat daxil olmayıb! Bu dövlətlərin arasında Azərbaycanın da olması məlumatına malik deyilik ”!

Bunları Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Deyerler saytına ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin (NSA) telefon dinləmə əməliyyatlarına açıqlama gətirərkən bildirib .

Xatırladaq ki, ABŞ-ın Milli təhlükəsizlik agentliyi (NSA) 35 ölkə liderinin telefonlarını oğrucasına dinləyirmiş. Bu haqda xəbər verən İngiltərənin Guardian qəzeti Milli Təhlükəsizlik agentliyinin sabiq əməkdaşı Edward Snowden-in redaksiyaya təqdim etdiyi məxfi sənədə istinad edib. Bu xəbər bütün düniya mediasında əks olunub.

  • Yazılıb
  • da (də) 2013 Oct 28