Bunları Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Deyerler saytına ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin (NSA) telefon dinləmə əməliyyatlarına açıqlama gətirərkən bildirib
Arannews- “Azərbaycan Xarici İşlər Nazirliyinə Amerika Xüsusi Xidmət Orqanlarının 35 dövlət başçısının telefonlarının dinləməsi haqqında məlumat daxil olmayıb! Bu dövlətlərin arasında Azərbaycanın da olması məlumatına malik deyilik ”!
Bunları Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Deyerler saytına ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin (NSA) telefon dinləmə əməliyyatlarına açıqlama gətirərkən bildirib .
Xatırladaq ki, ABŞ-ın Milli təhlükəsizlik agentliyi (NSA) 35 ölkə liderinin telefonlarını oğrucasına dinləyirmiş. Bu haqda xəbər verən İngiltərənin Guardian qəzeti Milli Təhlükəsizlik agentliyinin sabiq əməkdaşı Edward Snowden-in redaksiyaya təqdim etdiyi məxfi sənədə istinad edib. Bu xəbər bütün düniya mediasında əks olunub.