Azərbaycan respublikasının paytaxtı Bakı şəhərində prezident seçkisinin nəticələrinə etiraz olaraq, mitinq keçirildi
Arannews- Bakıda yağış altında mitinq keçirildi.Azərbaycan respublikasının paytaxtı Bakı şəhərində prezident seçkisinin nəticələrinə etiraz olaraq, mitinq keçirildi .
Bakının Yasamal rayonundakı “Məhsul” stadionunda Demokratik Qüvvələrin Milli Şurasının oktyabrın 9-da keçirilmiş prezident seçkisinin nəticələrinə etiraz mitinqi başlayıb .
Aksiyanı “Nida” Vətəndaş Hərəkatından Nicat Məmmədbəyov aparır .
Prezident seçkisində Milli Şuranın namizədi professor Cəmil Həsənli olub. Rəsmi nəticələrə görə, seçkidə 84,54% səslə dövlət başçısı İlham Əliyev qalib gəlib, Cəmil Həsənli isə 5,53% səs toplayıb. Milli Şura total saxtakarlıqlar olduğunu iddia edərək 9 oktyabr seçkisinin nəticələrinin ləğvini istəyir.