Tarix : 2013 Oct 28
Kod 40650

Bu gün Hacı Tale Bağırovun məhkəməsi keçiriləcək

Proses saat 11:00-da hakim Samir Əliyevin sədrliyi ilə baş tutacaq

Arannews- bu gün Sabunçu Rayon Məhkəməsində  mübariz ruhani Hacı Tale Bağırovun məhkəmə iclası keçiriləcək .

Proses saat 11:00-da hakim Samir Əliyevin sədrliyi ilə baş tutacaq . 

Qeyd edək ki, ilahiyyatçı hacı Tale Bağırov 234.1 narkotik ittihamı ilə həbs olunub. Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama haqqındadır. Bu maddə 3 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.


  • Yazılıb
  • da (də) 2013 Oct 28