Arannews- bu gün Sabunçu Rayon Məhkəməsində mübariz ruhani Hacı Tale Bağırovun məhkəmə iclası keçiriləcək .
Proses saat 11:00-da hakim Samir Əliyevin sədrliyi ilə baş tutacaq .
Qeyd edək ki, ilahiyyatçı hacı Tale Bağırov 234.1 narkotik ittihamı ilə həbs olunub. Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama haqqındadır. Bu maddə 3 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.