Arannews-Oktyabrın 27-də Gürcüstanda prezident seçkiləri keçirilib. Seçkilərdə iştirak edən prezidentliyə namizədlərin sayı 23 nəfərdir. Amma əsas mübarizə 3 namizəd – hakim "Gürcü arzusu" koalisiyasının nümayəndəsi Georgi Marqvelaşvili, parlamentin sabiq spikeri Nino Burcanadze və Vahid Milli Hərəkat Partiyasının təmsilçisi David Bakradze arasında gedib .
Gürcüstandakı prezident seçkilərində “exit-poll” təşkil edən üç qurumun açıqladığı nəticələr görə, "Gürcü arzusu" koalisiyasının Giorgi Marqvelaşvili birinci turda qalib gəlib .
GFK şirkətinin təşkil etdiyi exit-pollun nəticələrinə görə, Giorgi Marqvelaşvili 66.7 faizlə rəqiblərini geridə qoyub .
Ukraynaın SOCİS təşkilatının keçirdiyi “exit-poll” nəticələrinə görə isə Georgi Marqvelaşvili 65 fazi səslə qalib gəlib .
Gürcüstanın baş naziri, "Gürcü arzusu" koalisiyasının lideri Bidzina İvanişvili Georgi Marqvelaşvilinin uğur qazanmasını "Böyük qələbə" adlandırıb./ Novosti-Qruziya saytı