Tarix : 2013 Oct 29
Kod 40661

Dövlət Duması Vladimir Jirinovskinin Qafqazla bağlı dediklərini müzvakirə edəcək

Jirinovski qalmaqallı çıxışını “malaladı”

Arannews-Rusiya Liberal Demokrat Partiyasının (RLDP) sədri Vladimir Jirinovski “Rossiya 1” telekanalındakı çıxışında terrorla mübarizə üçün Şimali Qafqazda doğuşa nəzarət edilməli olması ilə bağlı dediklərinə aydınlıq cətirib .

RLDP-nin saytında yerləşdirilən bəyanatda deyilir ki, o, sadəcə olaraq, mülahizələrini açıqlayıb .

Vladimir Jirinovskinin bəyanatına görə, o, Şimali Qafqazda ailələrin baxa biləcəkləri, sonradan işlə təmin edə billəcəkləri qədər övlad sahibi olmasını nəzərdə tutub: “Bu, bir təklifdir, qanun layihəsi deyil. Bu, RLDP-nin proqrammı da deyil. Göründüyü kimi diskussiya formatlı verilişdə istənilən ifadəni kontekstdən çıxarmaq mümkündür ”.

Qeyd edək ki, Dövlət Duması Vladimir Jirinovskinin Qafqazla bağlı dediklərini müzvakirə edəcək. Bundan başqa, Rusiya Baş Prokurorluğu RLDP liderinin çıxışında ekstremizm meyllərinin olub-olmadığını araşdırır./ RLDP-nin saytı

  • Yazılıb
  • da (də) 2013 Oct 29