Arannews-Gürcüstan prezidenti Mixail Saakaşvili və Tiflis meri Qiqi Uqulava ölkəni tərk edib. Bu xəbəri “Maestro” telekanalı yayıb .
Dövlət başçısı əhaliyə televiziya ilə rəsmi müraciətindən sonra aeroporta yollanıb. Onu orada paytaxt meri qarşılayıb .
Prezident administrasiyasından bildiriblər ki, Saakaşvili Avropaya səfərə yollanıb. Bununla bağlı rəsmi məlumat sabah yayılacaq .
Tiflis meri Strasburqa rəsmi səfərə gedib. Prezident isə Avropa ölkələrinin birinə qeyri-rəsmi səfərə yollanıb. Saakaşvili iki gündən sonra vətəninə qayıdacaq.