Tarix : 2013 Oct 29
Kod 40663

Mixail Saakaşvili və Qiqi Uqulava ölkəni tərk edib

Prezident və mer ölkəni tərk etdi

Arannews-Gürcüstan prezidenti Mixail Saakaşvili və Tiflis meri Qiqi Uqulava ölkəni tərk edib. Bu xəbəri “Maestro” telekanalı yayıb .

Dövlət başçısı əhaliyə televiziya ilə rəsmi müraciətindən sonra aeroporta yollanıb. Onu orada paytaxt meri qarşılayıb .

Prezident administrasiyasından bildiriblər ki, Saakaşvili Avropaya səfərə yollanıb. Bununla bağlı rəsmi məlumat sabah yayılacaq .

Tiflis meri Strasburqa rəsmi səfərə gedib. Prezident isə Avropa ölkələrinin birinə qeyri-rəsmi səfərə yollanıb. Saakaşvili iki gündən sonra vətəninə qayıdacaq.

  • Yazılıb
  • da (də) 2013 Oct 29