Səbael rayon məhkəməsində Bəxtiyar Qurbanov və Röyal Əsgərovun məhkəmə iclası keçirilib
Arannews-Bu gün Səbael rayon məhkəməsində Bəxtiyar Qurbanov və Röyal Əsgərovun məhkəmə iclası keçirilib .
Məhkəmə iclasında Dövlət İttihamçısı Bəxtiyar Qurbanov və Röyal Əsgərov barədə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası istəyib .
Hakim Bəxtiyar Qurbanov və Röyal Əsgərova 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə hökm oxuyub .
Qeyd edək ki, Bəxtiyar Qurbanov və Röyal Əsgərov aprelin 2-də həbs olunublar. Onlara Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə (əmlakı qəsdən məhvetmə və zədələmə) ittiham irəli sürülüb.