Tarix : 2013 Oct 29
Kod 40680

Beynəlxalq Qarabağ Kanfransında iştirak edəcək şəxslərə təziqlər göstərilir - QAT sədri

Həmin məmurlar bildiriblər ki, bu konfransa getmək olmaz.Hələlik bu mövqedən çıxış edən məmurların kimliyi məlum deyil

Bakı, 28 oktyabr, SalamNews, H.İbadlı. Təbrizdə noyabırın 6-da Beynəlxalq Qarabağ Kanfransı keçiriləcək.Bu barədə SalamNews-a Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı məlumat ve

O bildirib ki, iki gün davam edcəcək konfransda Azərbaycandan 25 nəfərlik nüməyəndə heyəti iştirak edəcək: "Bu heyyətdə alimlər, ekspertlər və Azad Qarabağ Uğrunda Alyansın üzvləri təmsil olunurlar. Təəssüflər olsun ki, hakimiyyət dairələrindən heyət üzvlərinə müəyyən təzyiqlər var. Kimlərsə bu işə mane olmaq istəyirlər. Bu, Azərbaycanın maraqlarına zidd hərəkətdir. Bu mövqe heç zaman qəbul oluna bilməz. Həmin məmurlar bildiriblər ki, bu konfransa getmək olmaz. İran Qarabağ məsələsini müzakirə edə bilməz. Hələlik bu mövqedən çıxış edən məmurların kimliyi məlum deyil. Mən onların nəzinə çatdırmaq istəyirəm ki, bu səfər Azərbaycanın maraqlarına uyğundur. İranda Qarabağla bağlı ictimai rəyin formalaşdırılması üçün bu səfərin böyük rolu var. Buna mane olanlar Azərnbaycanın milli maraqların zərbə vururlar."

  • Yazılıb
  • da (də) 2013 Oct 29