Tarix : 2013 Oct 30
Kod 40683

İran “Cövqan”ın bir neçə xalqın adına qeydə alınmasını təklif etdi

Son illər ərzində bəzi ölkələr tərəfindən müştərək və qeyri-maddi mədəni irslərin bir ölkə adına təsdiqlənməsinin sayının tədricən artmasının şahidiyik

İran İslam Respublikasının Mədəni İrslər, Əl İşləri Sənayesi və Turizm Təşkilatının sədri BMT-nin Elm, Təhsil və Mədəniyyət Təşkilatı YUNESKO-nun baş katibinə məktub ünvanlayaraq Cövqan idman növünün Azərbaycan Respublikasının adına qeydə alınması ilə bağlı rəsmi Bakının müraciətinin geri qaytarılması və bu idman növünün bir neçə xalqın adına qeydə alınmasını istəyib.

Doktor Məhəmməd Əli Nəcəfi bu məktubda qeyri-maddi mədəni irslərin qorunması, YUNESKO-ya təqdim olunmuş qeydiyyat işlərinin məzmununun araşdırılması və rəyin bildirilməsinə dair 2003-cü il konvensiyası çərçivəsində ölkələrin hüquqlarına toxunaraq bildirib: Son illər ərzində bəzi ölkələr tərəfindən müştərək və qeyri-maddi mədəni irslərin bir ölkə adına təsdiqlənməsinin sayının tədricən artmasının şahidiyik. Əgər bu sahədə siyasətlər tənzimlənməzsə və icra olunmazsa, bu hadisə 2003-cü il Konvensiyasına üzv ölkələrin hökumətlərarası komitəsinin izlədiyi məqsədlərdən uzaqlaşması ilə nəticələnəcək.

Nəcəfi əlavə edib: YUNESKO məna tapır ki, 2003-2013-cü dekadanı mədəniyyətlərin yaxınlaşması dekadası adlandırmışdır.

Mədəniyyətlərin yaxınlaşmasının bünövrəsinin qoyulması yollarından birini ölkələri bir neçə xalqın adına qeydlərin alınmasına təşviq adlandıran Nəcəfi əlavə edib: Bir neçə xalqın adına qeydiyyata alınması bir növ təyinedici və YUNESKO-nun fəlsəfəsinin güclənməsinə kömək edir ki, ölkələr arasında sülh və stabilliyin əsaslı şəkildə olmasında maraqlıdır. Bundan əlavə bir neçə xalqın adına qeydiyyat bəşəriyyətin qeyri-maddi mədəni irslərinin mənasına dair tanışlığın yaranmasında əsaslı rol oynayır.

Nəcəfi öz məktubunda qeyd edib: İran İslam Respublikası qəti şəkildə müraciət edir ki, Azərbaycan Respublikası tərəfindən təqdim olunmuş layihəni bu ölkəyə qaytarsın və bu ölkə təşviq olunsun ki, YUNESKO-ya təqdim olunmuş və mövcud sənədlərə uyğun olaraq bir neçə xalqın qeyri-maddi mədəni irsləri mülkiyyətinin qeydə alınması məsələsi tamamilə canlı və tanınmış bir məsələdir. Bir ölkənin layihəsi formasında layihənin təqdim olunması yerinə bu oyunun adət-ənənə çeşidlərinə malik digər ölkələri dəvət etməklə və bu ölkələrin iştirakı ilə YUNESKO-nun qeyri-maddi irslərinin təqdim olunması siyahısında qeydiyyata almaq üçün müştərək bir neçə xalqın layihəsini təqdim etmək istiqamətində addım atsın.

Cövqan idman növü bir neçə ölkənin əbədi irslərindən biridir. Bütün bu ölkələr tarix boyu İranın sivilizasiyasının tərkibində olmuşlar və hazırda müstəqil ölkələr hesab olunurlar.

Bu sivilizasiyanın mərkəzi olan İran İslam Respublikası Novruz bayramı barəsində də anlaşma və birlik üçün müştərək qeydiyyatı və müştərək şənliklərin tədarük görülməsini təklif etməklə region ölkələri arasında öncül oldu .

 

 

 

 


  • Yazılıb
  • da (də) 2013 Oct 30