Tarix : 2013 Oct 30
Kod 40691

Avropa Azərbaycanı naraht edir

Oqtay Əsədov:ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu təzyiq mexanizmidir və gələcəkdə Azərbaycan da bu qurumun seçkilərə dəvət edilməsi məsələsinə baxmalıdır

Arannews-Avropa Parlamentinin Azərbaycan Respublikasında 9 oktiyabrda keçirilən president seçkisinə mənfi rəy verməsi Bakıda narahatçılıq yaradıb .

Azərbaycan Respublikası Parlamentinin 29 oktyabr iclasında danışan spiker Oqtay Əsədov deyib : “Azərbaycan Respublikası Azərbaycana nümayəndə heyəti göndərmək istəmirdi, lakin sonradan nümayəndə heyəti göndərmək qərarına gəldi və həmin deputatlar da öz qəti mövqeyini bildirdilər. Lakin Avropa Parlamenti öz deputatlarının rəyini kənara qoyaraq kənar qüvvələrin rəyini bəyan edib. Onların məqsədi Azərbaycanı təsir altında saxlamaqdır və bu yolda öz rıçaqlarından istifadə etmək istəyirlər ”.

Oqtay Əsədov həmçinin deyib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu təzyiq mexanizmidir və gələcəkdə Azərbaycan da bu qurumun seçkilərə dəvət edilməsi məsələsinə baxmalıdır .

Həmçinin deputat Zahid Oruc bununla bağlı  deyib : “Avropanın bu addımlarından çəkinmirik ”.

Siyavuş Novruzov isə deyib ki, ATƏT-in Varşava Bürosu və Avropa Parlamentinin 9 oktyabr seçkisinə münasibəti təəssüf doğurur: “ATƏT-in Varşava Bürosu ölkəmizin əleyhinə iş aparıb, qərəzli mövqedən çıxış edib. Bu qurumu ABŞ-da, Rusiyada prezident seçkisinə buraxmayıblar. Avropa Parlamentinin nümayəndələri gəlib burada seçkini müşahidə ediblər və rəylərini veriblər. Amma sonradan bu qurum ayrı mövqe bildirir ”.

Deputat Mübariz Qurbanlı isə deyib : “Bundan təşviş keçirməyə ehtiyac yoxdur. Avronestin üzvüyük, Şərq tərəfdaşlığında yaxından iştirak edirik, heç bir tribunanı boş qoymamalıdır. Avropa Parlamenti hansısa qrupun təzyiqi ilə qətnamə qəbul edirsə, bundan sui-istifadə edərək Avronestdəki əməkdaşlığımıza yenidən baxmalı deyilik ”.

 


  • Yazılıb
  • da (də) 2013 Oct 30