Tarix : 2013 Oct 30
Kod 40693

həbs edilən jurnalistin atası oğlunun istintaqının MTN-dən alınmasini tələb edib

Kamran Həşimov:MTN-də oğlumula bağlı istintaq hərəkətlərinin düzgün aparılması üçün Baş Prokurorluğa müraciət etsəm də bu günə kimi heç bir müsbət cavab almamışam

Arannews-Azərbaycanda seçki öncəsi şərlənib həbs edilən jurnalist Pərviz Həşimlinin atası Kamran Həşimov oğlunun istintaqının MTN-dən alınaraq prokurorluğa verilməsini tələb edib .

Məhbus jurnalistin atası müraciətində yazıb : ““MTN-də oğlumula bağlı istintaq hərəkətlərinin düzgün aparılması üçün Baş Prokurorluğa müraciət etsəm də bu günə kimi heç bir müsbət cavab almamışam. Amma Azərbaycan Respublikasının baş prokuroru Orxan Zeynalovun Rusiya Federasiyasının vətəndaşı Yeqor Şerbakovun qətlində təqsirləndirilməsi ilə əlaqədar başlanmış cinayət işinin istintaqının cinayət-prosessual qanunvericiliyin və beynəlxalq hüquq normalarının tələblərinə uyğun olaraq obyektiv və ədalətli şəkildə aparılması ilə bağlı hadisədən dərhal sonra Rusiya Federasiyasının baş prokuroruna və Rusiya Federasiyası İstintaq Komitəsinin sədrinə müraciət etməyi lazım bildi .”

Məhbus jurnalistin atası vurğulayıb : “Rusiya Xüsusi xidmət orqanları Orxan Zeynalovu, MTN-sə oğlumu qurbanlıq seçib .”

Müraciətdə əlavə olunub : “Nə üçün prokurorluq MTN-dən sorğu-sual etmir ki, yaşayış sahəsinə daxil olan zaman əməliyyatı kobud qanun pozuntusu ilə keçirib? Niyə əməliyyat zamanı təhlükəsizlik baxımından həyətdə və evin giriş qapısında quraşdırılmış müşahidə kameraları dərhal sındırılaraq aparılıb ?”

Məhbus jurnalistin atası həmçinin etiraz edib : “ Ölkəmiz MTN istintaq təcridxanasının ləğv edilməsini tələb edən Birləşmiş Millətlər Təşkilatının tələblərinə bu günə kimi əməl etmir. Bu gün konstitusion hüquqlarımızın pozulması bir daha sübut edir ki, Prokurorluq orqanı ya MTN-dən asılı vəziyyətdə qalıb.”


  • Yazılıb
  • da (də) 2013 Oct 30