Tarix : 2013 Oct 30
Kod 40699

10 il həbs cəzası!!!

Prokuror 10 il həbs cəzası istədi

Arannews-Prokuror Rəşad Ramazanova 10 il həbs cəzası istədi.

Oktyabrın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində dini bloqçu Rəşad Ramazanovun məhkəməsi olub.

Vəkil Azər Nağıyev deyib ki, prosesdə dövlət ittihamçısı çıxış edib və Rəşad Ramazanova 10 il həbs cəzası verilməsini istəyib. Müdafiə tərəfi çıxış üçün vaxt istəyib. Hakim prosesi noyabrın 13-nə təyin edib. Rəşad Ramazanov mayın 9-da həbs edilib. O, Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri saxlamaqda) ittiham edilir.


  • Yazılıb
  • da (də) 2013 Oct 30