Tarix : 2013 Oct 31
Kod 40709

hicab məhbuslarının apellyasiya şikayətinə baxılacaq

Vəkil Fariz Namazlı bildirib ki, ilkin baxışdan Ali Məhkəməyə verilən kassasiya şikayəti təmin edilməyib

Arannews- hicab məhbuslarının apellyasiya şikayətinə baxılacaq.Bu gün Bakı Apellyasiya Məhkəməsində hicab məhbusları Ruhid Abbasov, Ülfət Qasımlı, Dadaş Vəliyev, Rauf Qarayev, Səxavət Quliyev, Elçin Məmmədov və Aydın Məmmədovun şikayətinə baxılacaq .

Vəkil Fariz Namazlı bildirib ki, ilkin baxışdan Ali Məhkəməyə verilən kassasiya şikayəti təmin edilməyib. Ona görə də Bakı Apellyasiya Məhkəməsi rayon məhkəməsinin çıxardığı hökmdən verilmiş şikayətə məhkəmə istintaqı aparılmadan baxılacaq .

Nərimanov Rayon Məhkəməsinin 4 iyunda çıxardığı hökmlə Ruhid Abbasov, Dadaş Vəliyev və Səxavət Quliyevin hər biri 2 il, Aydın Məmmədov 2 il 3 ay, Rauf Qarayevlə Elçin Məmmədovun hər biri 1 il 9 ay, Ülfət Qasımlı isə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Dindarlar ötən il oktyabrın 5-i Bakıda, Təhsil Nazirliyinin binası qarşısında keçirilmiş “Hicaba azadlıq” aksiyasında iştirakına görə tutulublar. Həmin aksiyaya görə 35 nəfər azadlıqdan məhrum edilib .


  • Yazılıb
  • da (də) 2013 Oct 31