Tarix : 2013 Nov 02
Kod 40730

Bakıda sionist rejim səfirliyinin önündən keçmək istəyən hər bir kəs həbs olunur

Bakı mediası İsrail rejimi səfirliyinin kənarından keçən İran vətəndaşının həbs olunduğunu xəbər verib

Bakı mediası İsrail rejimi səfirliyinin kənarından keçən İran vətəndaşının həbs olunduğunu xəbər verib. Fərəcli Həsən Bəhlul oğlu adlı İran vətəndaşı deyilən bir şəxsin həbs edilməsi polisə müqavimət maddəsi ilə əsaslandırılır. Xəbərə əsasən, həbs olunmuş şəxsə cinayət işi açılıb və otuz sutka həbs verilib.

Məlumat üçün bildirək ki, on ildən artıqdır ki, sionistlərin səfirliyi Bakının “Hyatt Park” otelində fəaliyyət göstərir. Son illər ərzində sionist İsrail səfirliyini qoruyan polis qüvvələri sionist rejim səfirliyinin bayrağına baxan hər bir şəxsi şübhəli davranışda günahlandırırlar və bir çox Azərbaycan vətəndaşını da belə ittihamlarla həbs ediblər.

Sionist İsrailin casusluq təşkilatı- MOSSAD vaxtaşırı Azərbaycan Respublikasını təhlükəli ölkə göstərib və sionistlərə Azərbaycana səfər etməklə bağlı xəbərdarlıq edib.

Ekspertlər bunu, Rəsmi Bakı ilə sionist rejim arasında yaxınlaşmağı əsaslandırmağa köklənmiş plan hesab edib. İranda şəhid Əhmədi-Roşəni terror etmiş Cəmali-Qeşi də öz etiraflarında bildiribdir ki, o, terrorçuluq təlimləri almaq üçün Azərbaycanın hava məkanı, xüsusilə Heydər Əliyev hava limanından işğal olunmuş Fələstinə səfər edib.

 

  • Yazılıb
  • da (də) 2013 Nov 02