Tarix : 2013 Nov 02
Kod 40734

Rus generallarının müharibə təbli

Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının komandanı təhdid edib ki, Azərbaycan Dağlıq Qarabağa qarşı hərbi əməliyyatlar həyata keçirsə, Rusiya hərbi bazası silahlı münaqişəyə cəlb oluna bilər

Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının komandanı təhdid edib ki, Azərbaycan Dağlıq Qarabağa qarşı hərbi əməliyyatlar həyata keçirsə, Rusiya hərbi bazası silahlı münaqişəyə cəlb oluna bilər.

Andrey Ruzinski “Krasnaya Zvezda” qəzetinə müsahibəsində qeyd edib ki, Rusiyanın hərbi bazasının cavabdehlik zonasında hərbi-siyasi vəziyyət həyəcanlı olaraq qalır və Ermənistan-Azərbaycan münaqişəsi regionda qarşıdurmanın gərginləşməsi ehtimalı ilə bağlı sabitliyi pozan bir sıra amillərin mövcudluğu ilə səciyyələnir: “Azərbaycan rəhbərliyi Dağlıq Qarabağ üzərində nəzarəti güc yolu ilə bərpa etməyi qərara alarsa, hərbi baza Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində Rusiya Federasiyasının müqavilə öhdəliklərinə uyğun olaraq silahlı münaqişəyə başlaya bilər”.

Rusiya Müdafiə Nazirliyinin idarə rəisi general-mayor Aleksandr Vasyak “Media forum” saytına müsahibəsində Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının komandanı polkovnik Andrey Ruzinskinin sözlərina reaksiya da deyib: “ Qarabağ bizim torpağımızdır, Ermənistanın ərazisi deyil, eyni zamanda bu ərazinin Rusiyaya, bir neçə ölkənin birləşdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına heç bir aidiyyəti yoxdur. Qarabağ bizimdir, ona görə burada nə Rusiya döyüşəcək, nə Türkiyə, nə NATO, nə də başqası.”

“Qarabağ bizimdir” sözinə aydınlıq gətirməyən Rus general, Rusiya Müdafiə Nazirliyinin idarə rəisi Qarabağda yenidən müharibənin başlanacağını istisna etməyib: “Biz münaqişənin sülh yolu ilə həllini istəyirik. Amma səbrimiz də sonsuz deyil. Əgər sülh danışıqları ilə heç nəyə nail olunmayacaqsa, onda bizim öz ərazi bütövlüyümüzü başqa yolla da bərpa etmək imkanımız və haqqımız var. Bu, bizim torpağımızdır, üzvü olduğumuz bütün beynəlxalq təşkilatların qərarlarına və öz dövlətimizin qanunlarına uyğun olaraq güc tətbiq etmək ixtiyarımız var. Biz kiminləsə döyüşmək istəmirik, tarixən və beynəlxalq qanunlarla Azərbaycana məxsus olan ərazimizi işğaldan azad etmək istəyirik.”

Rus generallarının müharibə xarakterli sözlərin hələ ki rəsmi Bakıdan ciddi bir reaksiya verilməyib.

 

 

 


  • Yazılıb
  • da (də) 2013 Nov 02