Tarix : 2013 Nov 03
Kod 40736

Əhməd Davudoğlu İrana səfər edəcək

Bu görüş cari ayın 24-ündən 2 gün müddətində davam edəcək

Arannews- Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu “İqtisadi Əməkdaşlıq Təşkilatı”nın (İƏT)       21-inci rəsmi toplantısında iştirak etmək üçün Tehrana səfər edəcək .

Onun bu səfərdə İran xarici işlər naziri Muhəmməd Cavad Zərif ilə bölgədəki vəziyyət, xüsusən də Suriya ilə bağlı müzakirə aparicağı bildirilir .

26noyabrda baş tutacaq bu görüşdə həmçinin Türkiyə baş naziri Rəcəb Təyyib Ərdoğanın İrana və İran prezidenti  Həsən Ruhaninin Türkiyəyə səfərinin dəqiq tarixi danışılacaq .

Qeyd edək ki, İƏT konfransı cari ayın 24-ündən etibarən fəaliyətə başlayacaq və 2 gün müddətində davam edəcək .

Aəzrbaycanın da qatıldığı təşkilatda İran, Pakistan, Türkiyə, Əfqanıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Tacikistan yer alır .

  • Yazılıb
  • da (də) 2013 Nov 03