Arannews- Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu “İqtisadi Əməkdaşlıq Təşkilatı”nın (İƏT) 21-inci rəsmi toplantısında iştirak etmək üçün Tehrana səfər edəcək .
Onun bu səfərdə İran xarici işlər naziri Muhəmməd Cavad Zərif ilə bölgədəki vəziyyət, xüsusən də Suriya ilə bağlı müzakirə aparicağı bildirilir .
26noyabrda baş tutacaq bu görüşdə həmçinin Türkiyə baş naziri Rəcəb Təyyib Ərdoğanın İrana və İran prezidenti Həsən Ruhaninin Türkiyəyə səfərinin dəqiq tarixi danışılacaq .
Qeyd edək ki, İƏT konfransı cari ayın 24-ündən etibarən fəaliyətə başlayacaq və 2 gün müddətində davam edəcək .
Aəzrbaycanın da qatıldığı təşkilatda İran, Pakistan, Türkiyə, Əfqanıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Tacikistan yer alır .